Xəbərlər

Qusar Peşə Liseyi rayonun təhsil tarixində mühüm yer tutur. Təhsil ocağı əvvəlki illərdə internat məktəbi kimi fəaliyyət göstərmişdir. 2012-ci ildə isə təhsil müəssisəsi yenidən təşkil olunaraq Peşə Liseyi kimi fəaliyyətini davam etdirmişdir. Liseyin ilk direktoru İmammədin Zəkiyev olmuşdur. Daha sonra təhsil müəssisəsinə Nurullayev Nadir rəhbərlik etmişdir. Hal-hazırda liseyin direktoru Nağıbayeva Xatirədir. Qusar Peşə Liseyi fəaliyyət göstərdiyi müddət ərzində rayon gənclərinin peşə təhsili almasına, müxtəlif ixtisaslara yiyələnməsinə və əmək bazarına hazırlanmasına mühüm töhfə verir.
🏠 Ana səhifəyə qayıt
×